reflex ilə Biznesini
indi vebləşdir

reflex veb proqramlaşdırma və dizayn üzrə ixtisaslaşmış rəqəmsal agentlikdir. Komandamız Bakıda fəaliyyət göstərsə də dünya miqyasında xidmət verir.

Niyə? & Niyə biz?

Veb sayt peşəkar görünməyinizi təmin edir.
Bugünkü istehlakçıların 84% -i veb saytın işinizi yalnız sosial media profillərinə sahib şirkətlərdən daha etibarlı hala gətirdiyini düşünür. Veb saytınız həm də işinizdə olan hər hansı bir peşəkar sertifikat və ya mükafat göstərmək üçün mükəmməl bir yerdir.

Professional komandamızın veb proqramlaşdırma sahəsində 5+ illik təcrübəsi var. Biz təcrübəmizə güvənərək sizin saytların yeni texnologiyalara uyğun, güvənli və maksimum sürətli olacağına zəmanət veririk. Sadaladıqlarımızdan əmin olmaq üçün portfoliomuza keçid edərək,hazırladığımız veb saytlarla tanış ola bilərsiniz.

Bizim yanaşmamız

1. Dinləyirik

Əvvəlcə sizi dinləyirik. Fikirlərinizi alır, hədəfinizi qeyd edirik. Əməliyyatları necə idarə etmək istədiyinizi dərk edirik.

2. Analiz edirik

Növbəti mərhələdə bazardakı vəziyyəti incələyirik, rəqibləri təhlil edirik. Hədəf auditoriyanı müəyyənləşdiririk. Çətinlikləri, maneələri və imkanları qeydə alırıq.

3. Planlayırıq

Bundan sonra hədəfləri müəyyənləşdirib, ən səmərəli hərəkət planını hazırlayırıq. Resursları, uyğun metodları nəzərdən keçiririk. Planlama bizim üçün ən vacib addımdır.

4. Həll hazırlayırıq

Nəhayət, funksional, istifadəçi dostu həll dizayn edirik və qabaqcıl texnologiyalardan istifadə edərək kodlaşdırırıq.

5. Təkmilləşdiririk

Optimal effektivliyi və nəticələri təmin etmək üçün performans səviyyəsini daim müşahidə edirik və qiymətləndiririk. İstifadəçilərin rəylərinə əsasən ümumi məhsulu inkişaf etdiririk.

Xidmətlərimiz

Veb

Sıfırdan bir veb sayt hazırlamaq və işə salmaq həmçinin mövcud veb saytınızı müasir tələb və trendlərə uğun olaraq yenidən qurmaq üçün bütün xidmətləri təklif edirik.

Kodlaşdırma Korporativ poçt SEA/SEO Server idarəedilməsi

Mobil tətbiqlər

Professional komandamız hədəflərinə çatan və istifadəçiləri xoşbəxt edən tətbiqetmələr hazırlamaq üçün lazımi bilik və təcrübəyə malikdir.

UI/UX dizayn Prototipləşdirmə Kodlaşdırma

Brendinq

Brend modelindən dizayn sisteminə qədər şirkət dəyərlərinizi ifadə edəcək effektiv vizual kommunikasiya həlləri yaradırıq.

Brend kimliyi Marketinq materialları SMM Stil təlimatı

Bizimlə əlaqə

Yeni bir layihə barədə müzakirə aparmaq üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin.