reflex veb proqramlaşdırma və dizayn üzrə ixtisaslaşmış rəqəmsal agentlikdir. Komandamız Bakıda fəaliyyət göstərsə də dünya miqyasında xidmət verir.
Veb sayt peşəkar görünməyinizi təmin edir.
Bugünkü istehlakçıların 84% -i veb saytın işinizi yalnız sosial media profillərinə sahib
şirkətlərdən daha etibarlı hala gətirdiyini düşünür. Veb saytınız həm də işinizdə olan hər hansı bir
peşəkar sertifikat və ya mükafat göstərmək üçün mükəmməl bir yerdir.
Professional komandamızın veb proqramlaşdırma sahəsində 5+ illik təcrübəsi var. Biz təcrübəmizə
güvənərək sizin saytların yeni texnologiyalara uyğun, güvənli və maksimum sürətli olacağına zəmanət
veririk.
Sadaladıqlarımızdan əmin olmaq üçün portfoliomuza keçid edərək,hazırladığımız veb saytlarla tanış
ola bilərsiniz.
Əvvəlcə sizi dinləyirik. Fikirlərinizi alır, hədəfinizi qeyd edirik. Əməliyyatları necə idarə etmək istədiyinizi dərk edirik.
Növbəti mərhələdə bazardakı vəziyyəti incələyirik, rəqibləri təhlil edirik. Hədəf auditoriyanı müəyyənləşdiririk. Çətinlikləri, maneələri və imkanları qeydə alırıq.
Bundan sonra hədəfləri müəyyənləşdirib, ən səmərəli hərəkət planını hazırlayırıq. Resursları, uyğun metodları nəzərdən keçiririk. Planlama bizim üçün ən vacib addımdır.
Nəhayət, funksional, istifadəçi dostu həll dizayn edirik və qabaqcıl texnologiyalardan istifadə edərək kodlaşdırırıq.
Optimal effektivliyi və nəticələri təmin etmək üçün performans səviyyəsini daim müşahidə edirik və qiymətləndiririk. İstifadəçilərin rəylərinə əsasən ümumi məhsulu inkişaf etdiririk.
Sıfırdan bir veb sayt hazırlamaq və işə salmaq həmçinin mövcud veb saytınızı müasir tələb və trendlərə uğun olaraq yenidən qurmaq üçün bütün xidmətləri təklif edirik.
Kodlaşdırma Korporativ poçt SEA/SEO Server idarəedilməsiProfessional komandamız hədəflərinə çatan və istifadəçiləri xoşbəxt edən tətbiqetmələr hazırlamaq üçün lazımi bilik və təcrübəyə malikdir.
UI/UX dizayn Prototipləşdirmə KodlaşdırmaBrend modelindən dizayn sisteminə qədər şirkət dəyərlərinizi ifadə edəcək effektiv vizual kommunikasiya həlləri yaradırıq.
Brend kimliyi Marketinq materialları SMM Stil təlimatı